Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Azərbaycan Xalq Cümhuriyyəti ili" və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibəti ilə "Cümhuriyyət 100 il" adlı rəsm müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
1. Müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər;
2. Əsərlər 20 sentyabr - 5 noyabr 2018-ci il tarixlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binasına təqdim olunmalıdır;
3. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər;
4. İştirakçılar müsabiqəyə A2, A3 formatlarında əsərlər təqdim etməlidirlər. Rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, rayon (şəhər), məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır;
5. Təqdim olunan bütün əsərlərdə vətənpərvərlik ruhu tərənnüm edilməlidir;
6. Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır və mükafat qazanan əsərlərdən təbliğat, maarifləndirmə məqsədi ilə istifadə edilə bilər.
Qaliblərin mükafatlandırılması:
I yer - 600 AZN
II yer - 400 AZN
III yer - 300 AZN
Həvəsləndirici mükafatlar (10mükafat) - 100 AZN
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.
Əlaqə telefonu: 493-06-52