25.09.2018

IJSO (Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası) seçmə mərhələsinə qeydiyyat

    Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsi edirlər. İki seçmə imtahan əsasında müəyyən olunacaq komanda üzvləri iki aylıq müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunaraq hazırlıq prosesində iştirak edirlər. IJSO-2018 seçmə imtahanlarından birinci mərhələsi 30.09.2018-ci il tarixdə saat 10:00-da Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə yerləşən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçiriləcəkdir. Seçmə imtahanında iştirak etmək istəyən şagirdlər 25.09.2018-ci il tarixinədək aşağıda göstərilən linkdən qeydiyyatdan keçməlidirlər. 

http://www.olimpiada.edu.az/news/58-ijso-(yeniyetm%C9%99l%C9%99rin-beyn%C9%99lxalq-elm-olimpiadas%C4%B1)-se%C3%A7m%C9%99-m%C9%99rh%C9%99l%C9%99sin%C9%99-qeydiyyat