24.09.2018

2018-2019-cu tədris ili üçün Beynəlxalq Olimpiadalar Hazırlıq qruplarına şagirdlərin seçimi haqqında

    Fizika, kimya, biologiya fənləri üzrə Yuxarı yaş qrupu (9-10-11-ci sinif) şagirdlərinin, riyaziyyat fənni üzrə isə Orta yaş (8-9-cu siniflər) və Yuxarı yaş qrupu (10-11-ci siniflər) namizəd şagirdlərin seçimi bu həftənin şənbə günü 29 sentyabr 2018-ci il tarixdə fizika-riyaziyyat və informatika təmayüllü liseydə həyata keçiriləcəkdir.

    Yuxarı sinif şagirdlər arasından namizəd şagirdlərin seçiminə əsasən ötən illərin Respublika fənn olimpiada qalibləri, beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləri və eləcə də xüsusi istedadı və hazırlğı olan (burada söhbət olimpiada hazırlığından gedir) IX, X və XI sinif şagirdləri dəvətlidirlər.

    Yuxarı sinif şagirdlərin seçim imtahanı kifayət qədər fərqli tipli olimpiada tapşırıqlarından ibarət olduğu üçün xahiş olunur ki, hazırlıqlı şagirdlərin iştirakına diqqət yetirilsin. Qeyd etmək istərdik ki, bu seçim imtahanlarında hər bir şagirdin iştirak etmə hüququ var. Lakin təqdim olunacaq tapşırıqlar sırf olimpiada tipli tapşırıqlar olacağından xüsusi istedadlı və olimpiada hazırlıqlı şagirdləri istiqamətləndirməyiniz məqsədəmüvafiq hesab edilir. 

    Məktəb rəhbərliyinin bu seçmə imtahanlarına mütləq şagird göndərmək kimi bir məsuliyyəti yoxdur.

    Eyni proses riyaziyyat fənni üzrə orta yaş qrupunun seçimində da tətbiq edilcəkdir.

    İmtahan tarixi: 29 sentyabr 2018-ci il

    İmtahanın başlama saatı: 10:00

    İmtahanın keçirildiyi yer​: Fizika –riyaziyyat və informatika təmayüllü lisey

    İmtahanda iştirak edəcək şagirdlər barədə məlumat: İştirak edəcək şagirdlərin adlı siyahısını aşağıdakı cədvəldə qeyd edərək ən son 26 sentyabr 2018-ci il tarixdə saat 12.00-dək gulbahar_22@mail.ru elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:

 http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/%C5%9Fagirdl%C9%99r%20bar%C9%99d%C9%99%20m%C9%99lumat.xlsx

    Göstərilən tarixdə adları qeyd olunmayan şagirdlər seçmələrə buraxılmayacaqdır.