Sumqayıt şəhər Gigiyena və Epidemiologiya mərkəzinin 20.08.2018-ci il tarixli, 05/256 nömrəli məktubuna əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar tabeliyinizdə olan işçiləri tibbi müayinələrdən keçdikdən və müayinələrin nəticələrinə görə sağlamlıq vəziyyəti normal olduqdan sonra işə buraxılmalıdırlar.
Bildiririk ki, "Sanitar Epidemioloji Salamatlıq haqqında" 371 saylı 01.11.1992-ci il tarixli qanuna, Səhiyyə nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli "İcbari Tibbi müayinələrin keçirilməsi qaydası" barədə Qərara müvafiq olaraq Dövlət büdcəsindən maliyyələşən uşaq və yeniyetmə müəssisələrində çalışan obliqat qrup işçilərinin tibbi müayinələrdən keçmələri həmin idarə və müəssisə rəhbərləri tərəfindən təşkil edilməlidir və qərara görə hər bir işə qəbul edilən şəxs ilkin tibbi müayinələrdən keçdikdən sonra işə buraxılmalıdır.
Qeyd edilənlərə əsasən sentyabr ayının sonuna qədər hər bir işçi dövri tibbi müayinələrdən, işə yeni qəbul edilən işçilər isə ilkin tibbi müayinələrdən keçmədən işə buraxılmasınlar.
Əks təqdirdə dövri tibbi müayinədən keçməyən şəxslər müvəqqəti olaraq (tibbi müayinədən keçənə qədər) işdən kənarlaşdırılacaqlar.
İşçilərin adlı siyahıları sentyabr ayının sonuna qədər hər bir müəssisə üzrə ayrı-ayrılıqda təsdiq edilmiş halda Sumqayıt şəhər GEM-nə təqdim olunması Sizə tapşırılır.