Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2017-ci il tarixli 02-17-2435/15 nömrəli məktubuna əsasən təhsil müəssisələri üzrə tarifləşmə cədvəllərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün şəkildə hazırlanması, təsdiq olunmazdan əvvəl aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzi ilə razılaşması və hər il 10 sentyabr tarixinədək aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinə təqdim olunması qeyd olunmuşdur. Lakin ötən illərin təcrübəsi göstərir ki, bir sıra təhsil müəssisələrinin rəhbərləri bu işdə məsuliyyətsizliyə yol verirlər ki, bu da son nəticədə müəllimlərin əməkhaqqının ödənilməsinin gecikməsinə və müəllimlərin narazılığına səbəb olur.
Qeyd olunanlar nəzərə alınaraq, verilən tapşırığın icra edilməməsi səbəbindən müəllimlərin əməkhaqqının ödənilməsinin gecikməsinə, eləcə də Təhsil Nazirliyi və Təhsil Şöbəsinin rəsmi tapşırıqlarının vaxtında icra olunmasına görə təhsil müəssisələrinin direktorlarının şəxsən məsuliyyət daşıması bir daha nəzərinizə çatdırılır.