Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.08.2018-ci il tarixli 02-17-1185/13 nömrəli məktubuna əsasən 10.08.2018-ci il tarixdən məktəblərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin fəaliyyətinin mövcud normativlərə, xüsusən qida təhlükəsizliyi normalarına uyğun təşkil edilməsi, yarana biləcək nöqsanların operativ şəkildə aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi, cari ilin iyul ayından öz səlahiyyətlərinin icrasına başlamış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq, təftiş-nəzarət tədbirlərinin aparılması üçün müvafiq şəraitin yaradılması məktəb direktorlarına tapşırılır.