Hörmətli həmkarlar. 2018-2019-cu dərs ilində X siniflər üzrə təşkil oluncaq təmayül sinifləri haqqında məlumatı təqdim edilmiş forma üzrə hazırlanaraq həm rəsmi, həm də elektron formada (ramin.abasov@mail.ru) 20 avqust tarixdə Təhsil Şöbəsinə təqdim etməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, təmayül sinifləri yalnız həmin məktəbdə müvafiq hazırlığa malik şagird sayı, eləcə də kadr potensialı imkan verdiyi halda yaradılmalıdır. Təlim göstəriciləri zəif olan şagirdlərin kütləvi surətdə məktəbdən xaric edilərək, yalnız təmayül siniflərin yaradılması yolverilməzdir. Təmayül sinifləri komplektləşdirilərkən fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı əsas götürülməlidir.
Ötən dərs ilinin təcrübəsini nəzərə alaraq rus bölməsində təmayül siniflərinin açılması məqsədəmüvafiq deyildir.
Ümumiyyətlə təmayül sinfi yaradılmayacaq məktəblərin rəhbərləri də bu haqda məlumatı rəsmi şəkildə şöbəyə təqdim etməlidirlər.
http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/temayulleshme_2019.xlsx