07.08.2018

Məktəb direktorlarının nəzərinə

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltiflərə (“Əməkdar müəllim” fəxri adı, “Tərəqqi” medalı, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”) təqdim olunan namizədlər barədə əlavə olunmuş forma üzrə məlumatların müşayətedici məktubla 15 avqust 2018-ci il tarixədək elektron (peri16@inbox.ru) və çap formada Təhsil Şöbəsinə təqdim etməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, barəsində vəsatət qaldırılan təhsil işçisi yüksək peşəkarlığı ilə seçilməli, kollektivdə və ictimaiyyət arasında nüfuza və hörmətə malik olmalı, uğurlu nəticələri ilə fərqlənməlidir.

Eyni zamanda dövlət təltiflərinə təqdimat zamanı aşağıdakı tələblər əsas götürülməlidir:

  • namizədin əvvəlki illərdə Təhsil Nazirliyinin təltiflərini alması;
  • “Əməkdar müəllim” fəxri adına namizədin ən azı 20 il pedaqoji stajının olması;
  • “Tərəqqi” medalına namizədin ən azı 10 il pedaqoji stajının olması;
  • əvvəlki aldığı təltifə təkrar təqdim edilməməsi;
  • son iş yerində azı 3 il stajının olması;
  • son 3 ildə barəsində intizam tənbehinin tətbiq edilməməsi;
  • əvvəlki illərdə nöqsanlara görə işdən azad edilməməsi, cinayət tərkibli əməlinin olmaması.

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/Forma%202.docx