Azərbaycan Respublikası Nazirlər Kabinetinin 193 saylı 25 sentyabr 1998-ci il tarixli Qərarının tələblərinin icrası məqsədi ilə FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən təsdiq edilmiş komplektləşdirmə planına əsasən 05-07 sentyabr 2018-ci il tarixdə "2, 5, 6-cı sinif rəhbərləri" kateqoriyası üzrə keçiriləcək məşğələlərdə iştirak edən sinif rəhbərlərinin ümumi siyahısını 02 avqust tarixinə kimi aşağıdakı cədvələ uyğun olaraq çap və elektron formada (ilham.mirzeliyev@mail.ru elektron ünvanına) Təhsil Şöbəsinə göndərməyinizi xahiş edirik.
http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/cedv.xlsx
Məşğələlər aşağıdakı tarixlərdə keçiriləcək:
05.09 - 2-ci sinif müəllimləri ilə
06.09 - 5-ci sinif rəhbərləri ilə
07.09 - 6-cı sinif rəhbərləri ilə
Məşğələlər Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə saat 09:00-da keçiriləcəkdir.
Məşğələlərin keçirilməsi üçün maddi-texniki vəsaitlərin hazırlanması ilə əlaqədar müvafiq cavabdeh şəxsə göstəriş verməyiniz xahiş olunur.