02.07.2018

Təhsil müəssisələrinin illik hesabatları ilə əlaqədar

Hörmətli məktəb direktorları! 2017-2018-ci dərs ilinin yekunu ilə əlaqədar rəhbərlik etdiyiniz təhsil müəssisəsində dərs ili ərzində görülən işlər haqqında illik hesabat həm ətraflı arayış, həm də müxtəlif göstəriciləri əks etdirən cədvəllər formasında Təhsil Şöbəsinə verilməlidir. İllik hesabatı ümumiləşdirmək üçün xüsusi vahid formalı cədvəllər tərtib olunmuş və doldurulmaq üçün Sizə təqdim edilir. Nəzərə alın ki, cədvəllər bir Excel faylının içərisindədir.Arayış formasında yazılacaq illik hesabatda toxunulacaq məsələləri özündə cəmləşdirirən yaddaş formasını da nəzərinizə çatdırırıq. Hazırlanacaq illik hesabat ən az bu yaddaşda qeyd olunan məsələləri əhatə etməlidir.

Hesabatın təqdim edilməsi üçün son vaxt:  07 iyul 2018-ci il.

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/mekteb_hesabat_formasi_ucun(1).pdf

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/mekteb_formalar_uzre_neticeler.xlsx