2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və BMT-nin Uşaq Fondu arasında Əməkdaşlıq Proqramının 2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planının 1.6.11. “İqlim dəyişikliyi və fəlakət riskinin azaldılması üzrə məktəblilərin bilik və bacarıqlarının artırılması” məqsədilə müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Xahiş edirik müsabiqə ilə bağlı məlumatın məktəblilər arasında yayılmasına və yay tətili müddətində onların müsabiqəyə hazırlığına şərait yaradasınız.