Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilir.
Bununla əlaqədar, aylıq çərçivəsində dövlət qurumları, QHT-lər, KİV-lər, icmalar və beynəlxalq təşkilatlarla birgə tabeliyinizdəki təhsil müəssisələrində insan hüquqlarını təbliğ edən mövzularda həyata keçirilən tədbirlər barədə məlumatların 2018-ci il iyun ayının 5-dək bu mail ünvanına göndərilməsini xahiş edirik.