Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.04.2018-ci il tarixli, 178 nömrəli məktubunda “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi yardım və Təlim Mərkəzinin təhsil müəssisələrində “Ətraf mühitin uşaqların sağlamlığında rolu” mövzusunda tədbirlərin təşkili” layihəsi haqqında müraciətinə cavab olaraq həmin layihənin Sumqayıt şəhəri məktəblərində dərsdənkənar vaxtlarda icrasına etiraz edilmədiyi bildirilmişdir.
Göstərilənləri nəzərə alaraq, adı çəkilən qurum müraciət etdiyi təqdirdə rəhbərlik etdiyiniz təhsil müəssisəsində layihənin dərsdənkənar vaxtlarda həyata keçirilməsinə şərait yaradılması Sizə tapşırılır.