30.04.2018

Şagirdlərin təhlükəsiz daşınması barədə

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olan 05.04.2018-ci il tarixli, 3051 nömrəli məktubunda bildirilir ki, sınaq imtahanları zamanı şagirdlərin  daşınması məqsədilə məktəb rəhbərliyi tərəfindən sövdələşmə əsasında müxtəlif tutumlu avtobuslar cəlb olunur, bəzən seçilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin uyğunluğuna, sürücülərin idarəetmə hüququnun olub-olmamasına və ya peşəkarlığına əhəmiyyət verilmir, nəticədə bu kimi hallar yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Göstərilənləri nəzərə alaraq və daşınmalar zamanı ödənişsiz  müşaiyətin həyata keçirilməsi məqsədilə şagirdlərin kütləvi daşınması haqqında (o cümlədən, avtonəqliyyat və sürücü haqqında) məlumatların 3 (üç) gün öncədən Təhsil Şöbəsinə təqdim edilməsi Sizə həvalə olunur.