10.04.2018

“Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası”nın keçirilməsi haqqında

Sumqayıt şəhər Təhsil Şöbəsi və "İstək" liseyinin birgə təşkiltaçılığı ilə ümumtəhsil məktəblərinin 5-6-cı sinif şagirdləri arasında I Məntiq Olimpiadası keçiriləcəkdir. Olimpiadanın birinci mərhələsi 21 aprel, final mərhələsi isə 26 may 2018-ci il tarixdə təşkil olunacaqdır. Şagirdlər arasından məntiqi təfəkkürü daha çox inkişaf etmiş şagirdlərin seçilərək aşağıdakı formaya uyğun siyahısının hazırlanması və 15 aprel 2018-ci il tarixədək  gunel.z.shems@gmail.com ünvanına göndərmək məktəb direktorlarına həvalə olunur. 

Qeyd: hər bir məktəb Olimpiadaya  ən çoxu 15 nəfərədək uşaq təqdim edə bilər. 

Şagirdlərin siyahısı üçün forma - http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/Mentiq%20Olimpiadas%C4%B1%20siyah%C4%B1.xlsx

Olimpiadanın Əsasnaməsi - http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/MENT%C4%B0Q_OL%C4%B0MP%C4%B0AS%C4%B0_ESASNAME.pdf

Olimpiada iştirakçıları üçün Təlimat - http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/MENT%C4%B0Q_TEL%C4%B0MAT.pdf