2018/2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün aşağıdakı bütün fənlər üzrə yeni dərslik komplektləri ( dərslik və müəllim üçün metodik vəsait) tərtib edilmişdir.
1Azərbaycan dili (tədris dili) |
10 Fizika |
2 Ədəbiyyat |
11 Kimya |
3 Alman dili (əsas xarici dil) |
12 Biologiya |
4 İngilis dili (əsas xarici dil) |
13 Coğrafiya |
5 Rus dili (əsas xarici dil) |
14 Fiziki tərbiyə |
6 Riyaziyyat |
15 Çağırışaqədərki hazırlıq |
7 İnformatika |
16 Azərbaycan dili (dövlət dili) |
8 Azərbaycan tarixi |
17 Русский язык (язык обучения) |
9 Ümumi tarix |
18. Литература |
ırda həmin dərslik komplektlərinin nəşrqabağı təkmilləşdirilməsi üçün onlara dair ictimai rəyin öyrənilməsi prosesi gedir. Bu məqsədlə dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir. Yaxın zamanda bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaqdır. Saytın “İctimai müzakirə” bölməsinə daxil olaraq istənilən fənn üzrə dərslik komplektinin layihəsini onlayn oxumaq və kompüterə yükləmək, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür.
Saytı mütəmadi izləməklə aşağıda qeyd edilənlərin təmin edilməsini təşkil etməyiniz Sizdən xahiş edilir:
Rəhbərlik etdiyiniz müəssisədə işləyən pedaqoji heyətin ictimai müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələri barədə məlumatlandırılması, irəli sürülən irad və təkliflərin könüllü olaraq sayt üzərindən göndərilməsinə təşviq edilməsi;
Qabaqcıl pedaqoji heyət təhkim olunmaqla bütün dərslik komplektlərinin layihələrinə dair irad və təkliflərin formalaşdırılaraq 17.04.2018-ci il tarixədək narmin-bayramova@rambler.ru elektron poçtuna göndərilməsi və rəsmi qaydada Təhsil Şöbəsinə təqdim edilməsi.
QEYD: dərslik komplektlərinin layihələrinə münasibət bildirilərkən ümumi sözlərdən istifadə edilməməsi, təklif və iradların konkret faktlara istinadən yazılması xahiş olunur.