07.03.2018

65 yaşı tamam olan müəllimlərlə bağlı 

Bildiririk ki, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər çalışmanın yaş həddinə çatdıqda onlarla əmək münasibətləri xüsusi prosedur əsasında (Təhsil Nazirliyinin razılığı ilə) tənzimlənir. Bu səbəbdən rəhbərlik etdiyiniz müəssisədə yuxarıda qeyd olunan fənlər üzrə yaş həddinə çatmış olacaq müəllimlərlə bağlı rəsmi məktubu 1 ay öncədən Təhsil Şöbəsinə göndərməyiniz xahiş olunur. Məktub gec verilərsə, bu, həmin müəllimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi kimi qiymətləndiriləcəkdir. Məktubda fənn müəlliminin diaqnostika balı, elmi dərəcəsi, son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilib-edilməməsi, məktəbdə həmin fənn üzrə müəllimlərin sayı və orta dərs yükü göstərilməlidir.

QEYD: yanvar, fevral və mart ayları ərzində 65 yaşı tamam olan müəllimlərlə bağlı rəsmi məktubu martın 11-nə kimi Təhsil Şöbəsinə çatdırın.