16.02.2018

Fənn olimpiadalarına hazırlıq haqqında  

Hörmətli həmkarlar! Fənn olimpiadalarının şəhər turunun nəticələri artıq elan olunmuşdur. Şəhərimizin ümumtəhsil məktəblərinin şagirdləri Olimpiadanın şəhər turunda kifayət qədər uğurlu uştirak etmişdir. Növbəti mərhələdə, eləcə də finalda uğurlarımızın davamlı olması, böyük ölçüdə bu mərhələdən keçən şagirdlərlə təşkil ediləcək hazırlığın səviyyəsindən asılı olacaqdır. Təhsil Şöbəsi tərəfindən müxtəlif fənlərdən hazırlıq qruplarının yaradılması üçün iş aparılmaqdadır. Bununla yanaşı hər bir məktəbdə həmin şagirdlərlə gündəlik olaraq Olimpiada proqramına uyğun məşğələlər təşkil edilməsi Sizlərə tapşırılmışdır. Həmin məşğələlərin daha effektiv və səmərəli olması üçün Təhsil Nazirliyi tərəfindən verilmiş hər bir fənn üzrə proqramları təqdim edirik. Materiallar çap edilərərk müvafiq fənn müəllimlərinə və şagirdlərə çatdırılmalıdır. Əməkdaşlarımız tərəfindən hazırlıq məşğələləri yoxlanılarkən bu proqramların müəllim və şagirdlərə çatdırlmasına diqqət yetiriləcəkdir . Hamınıza uğurlar arzulayırıq!

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/olimpiada_proqrami.rar