07.02.2018

Təmayül siniflərində xarici dil

Məlum olduğu kimi, 2017-2018-ci dərs ilində ölkədə tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi xeyli genişləndirilmişdir.  Məktəblərdən daxil olan məlumatlardan aydın olur ki, bu prosesdə qarşıya çıxan məsələlərdən biri təmayüllü siniflərə digər məktəblərdən gələn uşaqların fərqli xarici dil öyrənməsi və bu şagirdlərin buraxılış imtahanında hansı xarici dil üzrə imtahan verəcəyidir. Belə halların hansı məktəblərdə və neçə nəfər şagirdlə bağlı olmasının müəyyənləşdirilməsi məqsədi ilə əlavədə Sizə göndərilən cədvəl üzrə məlumatları vaxtında təqdim etməyiniz zəruridir. Təmayül siniflərində xarici dillərin tədrisi ilə bağlı cədvəldə öz əksini tapmayan digər problemli hallar varsa, qeyd bölməsində bu barədə ətraflı məlumat yazmağınız xahiş olunur.

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/Temayul%20siniflerde%20xarici%20dil%20problemi.xlsx