15.01.2018

21 fevral  - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş şeir müsabiqəsi

Sumqayıt şəhər Təhsil Şöbəsi “İstək” liseyi ilə birgə V-IX sinif şagirdləri arasında yarımfinal və final mərhələlərindən ibarət şeir müsabiqəsi keçirəcəkdir. Müsabiqənin yarımfinal mərhələsi 24 yanvar, final mərhələsi isə 17 fevral 2018-ci il tarixində olacaqdır. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qaliblər sertifikat, medal və hədiyyələrlə mükafatlandırılacaqdır.

Qeydiyyat üçün 22 yanvar tarixinə qədər hər gün saat 800-dan 1700 -dək “İstək” liseyinə müraciət etmək olar. Əlaqə telefonları: 070-209-85-86; 055-289-81-59