22.09.2017

Məktəbəhazırlıq qruplarında işləyəcək müəllimlərin imtahanı barədə

Hörmətli məktəb rəhbərləri. 26 sentyabr tarixdə, saat 15:00-da cari dərs ilində məktəbəhazırlıq qruplarında işləyəcək müəllimlərin imtahanı nəzərdə tutulmuşdur. Qruplarda məşğələ aparmaq üçün kursdan keçmiş müəllimlər göstərilən tarixdə, saat 14:30-dan gec olmayaraq Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə olmalıdırlar. İmtahana gələrkən müəllimlər şəxsiyyət vəsiqəsi və diyircəkli qələm götürməlidirlər.  Kursdan keçmiş müəllimlərin adlı siyahısı məktuba əlavə edilir. Müəllimlərin vaxtında imtahan mərkəzinə gəlmələrini təmin etmək Sizə həvalə edilir.

Siyahı aşağıdakı linkdə:

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/mektebehazirliq_muellimler.xlsx