Məktəbiniz üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş, medala namizəd şagirdlər barədə məlumatları Sizə göndərilən cədvəl üzrə doldurub 10 iyun 2017-ci il tarixə kimi ramin.abasov@mail.ru ünvanına və rəsmi məktub şəklində (kağız formada) Təhsil Şöbəsinə (cədvəl və təsdiqedici sənədlər – şagirdin şəxsiyyət vəsiqəsinin, ümumi orta təhsil haqqında şəhadətnaməsinin surəti, illik qiymətlərin qeyd olunduğu “Şagird-məzun” sistemindən çıxarış, şagirdin hər hansı olimpiada, müsabiqə və yarışda qalib olduğunu təsdiq edən diplom və ya sertifikatın surəti, buraxılış imtahan qiymətini və ali məktəbə qəbul imtahanında topladığı balı, eləcə də attestata yazılacaq yekun qiymətləri təsdiq edən çıxarışlar əlavə olunmaqla) göndərməyiniz xahiş olunur. Şagirdlərin buraxılış imtahan qiymətləri imtahanların nəticələri açıqlandıqdan sonra 3 gün ərzində, yekun qiymətlər isə elektron attestatlar sistemdə yerləşdirildikdən sonra 3 gün ərzində təsdiqedici sənədlər (DİM-in saytından çıxarış və ya rəsmi məlumat) əlavə olunmaqla göndərilməlidir.
Medala namizəd şagirdlər müəyyənləşdirilərkən cədvəldə qeyd olunmuş parametrlərə uyğun gəlməsinə, xüsusilə, aşağıdakı məqamlara diqqət yetirilməsi xahiş olunur:
1. Namizəd şagirdlərin ad, soyad və atasının adı şəxsiyyətini təsdiq edən sənədinə uyğun şəkildə dəqiq yazılmalıdır.
2. Şagirdlərin ümumi orta təhsil haqqında şəhadətnaməsində “5” qiymətlərin faizi 75%-dən yuxarı olmalı, “3” qiyməti isə ümumiyyətlə olmamalıdır.
3. Şagirdlərin X-XI siniflər üzrə bütün fənlərdən illik qiymətləri “əla” olmalıdır.
4. Şagirdlərin tam orta təhsil səviyyəsində oxuduğu müddətdə respublika fənn olimpiadalarının yalnız yekun – respublika turunda I-III yerlərdən (qızıl, gümüş və bürünc medallardan) birinə layiq görülməsi nəzərə alınır və cədvələ də olimpiadanın yalnız respublika turu barədə məlumat daxil edilməlidir. Olimpiadanın rayon və zona mərhələsində iştirakçı və ya qalib olmuş, lakin respublika turunda medal qazanmamış şagirdləri digər hər hansı müvafiq müsabiqədə mükafatı yoxdursa, siyahıya daxil etməməyiniz xahiş olunur.
5. Respublika və ya beynəlxalq səviyyədə keçirilən digər müsabiqə və yarışlarda yalnız I-III yerlərdən və ya qızıl, gümüş, bürünc medallardan birinə layiq görülmüş şagirdləri namizədlər sırasına daxil etmək olar.
Hər hansı müsabiqədə iştirakçı olmaq və ya həvəsləndirici (IV) yerə layiq görülmək, online şəkildə keçirilən müsabiqələrin nəticələri medalla təltif zamanı nəzərə alınmır.
http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/Medal%20forma%202017.docx