15.05.2017

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması üçün məlumat forması

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması üçün namizəd şagirdlərin siyahısı verilən formaya uyğun olaraq Təhsil Şöbəsinə təqdim edilməlidir. 

Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

nəzərinizə çatdırırıq ki, şagirdlərin X-XI siniflərdə oxuduğu müddətdə respublika fənn olimpiadalarının yalnız yekun – respublika turunda I-III yerlərdən (qızıl, gümüş və bürünc medallardan) birinə layiq görülməsi nəzərə alınır və cədvələ də yalnız respublika turu barədə məlumat daxil edilməlidir. Olimpiadanın rayon və zona mərhələsində iştirakçı və ya qalib olmuş, lakin respublika turunda medal qazanmamış şagirdləri siyahıya daxil etməməyiniz xahiş olunur. Respublika və ya beynəlxalq səviyyədə keçirilən digər müsabiqə və yarışlarda yalnız I-III yerlərdən və ya qızıl, gümüş, bürünc medallardan birinə layiq görülmüş şagirdləri namizədlər sırasına daxil etmək olar.

Ətraflı məlumat üçün təhsil nazirinin 27.01.2010-cu il tarixli, 83 nömrəli əmri ilə təsdiq "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" və 24.11.2016-cı il tarixli 479 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" ilə tanış olmaq tövsiyə edilir. 

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/medala_namizedler.docx