10.02.2017

Sumqayıt şəhər ümumtəhsil məktəblərinin rəhbərlərinə

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda bildirilir ki, Beynəlxalq və İslam Həmrəyliyi İdman Federasiyasının qəbul etdiyi qərarla IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin Azərbaycana həvalə olunması ölkəmizdə görülən işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və həyata keçirdiyi genişmiqyaslı layihələr idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.

IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tədbirlərin icrası Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi adlı xüsusi quruma həvalə edilmişdir. Komitənin  ilkin vəzifələrindən biri də Oyunların ölkə ərazisində tanıdılmasıdır. Bu məqsədlə Komitə tərəfindən bir sıra tədbirlərin təşkili planlaşdırılır. Həmin tədbirlərdən biri də Oyunların təşviqatını aparmaq üçün seçilmiş idmançı və ulduz səfirlərin, eləcə də Komitə nümayəndələrinin iştirakı ilə ümumi təhsil müəssisələrində şagirdlərlə görüşlərin keçirilməsidir.

Qeyd edilənləri nəzərə alaraq, rəhbərlik etdiyiniz müəssisədə IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kampaniyası çərçivəsində sözügedən Komitə tərəfindən şagirdlərlə görüşlərin keçirilməsinə lazımi şərait yaradılması sizə tapşırılır.