09.02.2017

Beynəlxalq rəsm müsabiqəsinin keçirilməsi barədə

Təhsil Nazirliyinin 02.02.2017-ci il tarixli, 3-08-630/10 nömrəli məktubuna əsasən Türkiyənin Adana şəhərinin Kozan rayonunda yerləşən Şəhid Kubilay orta məktəbi və Kozan Palatasının əməkdaşlığı ilə “İməclik” mövzusunda Beynəlxalq Rəsm Müsabiqəsi keçiriləcəyi bildirilir. Müsabiqə məktəbəhazırlıq və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.

Yarışmada iştirak etmək üçün müraciətlər fevral ayının 6-dan etibarən başlayır və əsərlər aprel ayının 10-dək Şəhid Kubilay orta məktəbin müdriyyətinə çatdırılmalıdır.

Qeyd olunanlarla əlaqədar şagirdlərin məlumatlandırılması məktəb rəhbərlərinə tapşırılır.

 

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/umutehsi%20mekteblerinin%20direktorlarina%20(2)(2).docx