16.12.2016

Məktəb üzrə DİM (keçmiş TQDK) əlaqələndiricilərinin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək yerində Dövlət İmtahan Mərkəzi yaradıldığı üçün imtahan nəzarətçiləri bazasında əvvəldən adı olan müəllimlər TQDK-da tutduqları vəzifədən azad edilmələri barədə ərizə yazmalıdırlar. Ərizələrin tarixi 22 noyabr göstərilməlidir. Həmin şəxslərl sonradan Dövlət İmtahan Mərkəzi ilə müqavilə bağlayacaqlar. Bu deyilənlər bazaya bu il əlavə edilən şəxslərə aid deyildir, yəni onlar ərizə yazmırlar. Ərizələr 20 dekabr tarixdə Təhsil Şöbəsində Ramin Abasova çatdırlmalıdır. Ərizə formasını buradan yükləyin:  http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/erize_tqdk.pdf