12.12.2024

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti dəfə müsahibə mərhələsi keçirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsində keçirilən müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyətləri müvafiq komissiya tərəfindən yoxlanılıb.

Qeyd edək ki, müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər 1 (bir) il müddətinə gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər.