Ümumtəhsil müəssisələrində 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib.
Tədbirlərdə Ulu Öndərin Azərbaycan dövlətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və təhsil sahəsindəki müstəsna xidmətləri barədə məlumatlar verilib.
Məktəblərdə şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, sərgilər, film nümayişləri və xüsusi dərs saatları təşkil olunub. Bununla yanaşı, şagirdlər Heydər Əliyevin zəngin həyat yolu, siyasi irsi və dahi rəhbərin gələcək nəsillərə örnək olan fəaliyyəti ilə tanış olublar.