Ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi üzrə kompleks tədbirlər (bufet və yeməkxanının monitorinqi, fiziki tərbiyə dərslərinin təşkilinə nəzarət və dərs cədvəllərinin təhlili) təşkil edilmişdir. 8-ci və 9-cu sinif şagirdləri ilə “Sağlam Qidalanma” mövzusunda maarifləndirici söhbətlər aparılmışdır.
Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında, fiziki tərbiyə dərslərinin təşkilinə nəzarətin artırılması ilə bağlı monitorinq aparılmış və monitorinqin nəticələri təhlil edilmişdir. O cümlədən ümumtəhsil müəssisələrində dərs cədvəlləri təhlil edilmiş və nəticələr ümumiləşdirilmiş, növbətçilik cədvəlinin tərtibi məqsədi ilə müzakirələr aparılmışdır.