Sumqayıt şəhəri üzrə ümumi təhsil müəssisələri ilə Xızı rayonu üzrə ümumi təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə "Uğur körpüsü” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə AXRTİ-nin müdir müavini Ramin Abasov, Tədrisin Keyfiyyəti Sektorunun müdiri Rahim Novruzov, Sumqayıt şəhəri və üzrə təhsil sektorunun müdiri İman Ağayev, Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilov, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyi və Sumqayıt şəhər 23 nömrəli tam orta məktəblərin rəhbərləri pedaqoji görüşdə iştirak ediblər.
Qeyd edək ki, layihənin məqsədi Xızı rayonu üzrə təhsil müəssisələrində tədrisin keyfiyyətinin və şagird nailiyyətlərinin artırılması, buraxılış imtahanları, müxtəlif olimpiada və müsabiqələr üzrə nəticələrin yaxşılaşdırılmasıdır.