Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul həyata keçirilir. Bununla bağlı 25 noyabr 2024-cü il tarixindən 28 noyabr 2024-cü il saat 23:59-dək 2022 və 2023-cü ildə keçirilmiş müsabiqədə iştirak etmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Təqdim olunmuş siyahıdan yalnız 1 vakant yer seçilə bilər.
Vakant yer üzrə qeydiyyat linki:
https://forms.office.com/r/TqpPw6BjT1
Sosial məzuniyyət yeri üzrə qeydiyyat linki:
https://forms.office.com/r/4xwU4Et03a
Müsahibənin təşkili barədə əsas qeydlər:
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Həmin namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Vakansiyalara müraciət üçün keçid balı Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 35 bal, Xızı rayonu üzrə 25 bal müəyyən edilmişdir.
Müsahibəni keçməyən və ya qeydiyyatdan keçdiyi halda müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir