Payız-qış mövsümü ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Regional idarənin tabeliyində fəaliyyət göstərən 213 müəssisədən 201 müəssisə qazla, 11 müəssisə odunla, 1 müəssisə dizel vasitəsi ilə qızdırılır.
Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdirilir.