23.10.2024

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi

Abşeron- Xızı Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 150-500 arası olan məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.

Müsahibə mərhələsində namizədlər məktəb idarəetməsi üçün zəruri olan qanunvericilik və normatik hüquqi aktlar, pedaqogika və metodika, tədris prosesini idarə olunması, ünsiyyət bacarığı, kollektivdə işləmə bacarığı və digər mövzular üzrə sualları cavablandırıblar.

Müsahibədə uğur qazanmış namizədlərə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, müsahibə mərhələsində ümumillikdə 36 nəfər namizəd iştirak edib.


Açar sözlər: