Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə “Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar” mövzusunda görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Altun Rəcəbli, Sahibə Əliyeva, Təhsil İdarəsinin əməkdaşları, Abşeron rayonu və Sumqayıt şəhərində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Görüşdə gündəliyə daxil olan əsəs məsələlər, Xüsusi hallar zamanı görülməli işlər üzrə prosedur qaydalarının müzakirəsi, məktəbəqədər təhsil müəssisələrində daxili keyfiyyət təminat sistemi ilə bağlı təlimat və digər mövzular müzakirə edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Altun Rəcəbli çıxış edərək "Xüsusi hallar" ilə bağlı əmrin məqsədini açıqlayaraq, təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayıb.
Sumqayıt şəhər üzrə təhsil sektorunun müdiri İman Ağayev, təhsil müəssisələrində baş verə biləcək xüsusi hallar ilə bağlı vacib məlumatları təqdim edərək müəssisə rəhbərlərinə zəruri addımları xatırladıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun məsləhətçisi Fatimə Məmmədova çıxış edərək məktəbəqədər təhsil müəssisələrində hadisələrin vaxtında və düzgün şəkildə bildirilməsinin əhəmiyyətini qeyd etdi.
Abşeron- Xızı Regional Təhsil İdarəsinin baş məsləhətçisi Günay Rzayeva isə Xüsusi hallarla bağlı əmrin vacibliyi ilə yanaşı eyni zamanda məktəbəqədər təhsilin dövlət standartları və daxili keyfiyyət təminat sisteminin vacib addımları barədə məlumat verib.
Daha sonra görüş qarşılıqlı müzakirə formasında davam edib.
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin təhsil sistemində xüsusi hallara hazırlığı artırmaq və keyfiyyəti təmin etmək məqsədi ilə mütəmadi olaraq görüşlər keçirilir.