Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər təhsil müəssisələrində metodistlərin işə qəbulu üzrə müsahibə mərhələsinə başlayır.
Müsahibə mərhələsi zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaqdır. Namizədlərin məktəbəqədər təhsil sahəsindəki biliklərinin qiymətləndirilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaqdır. Çərçivə sənədi ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edin.
https://www.arti.edu.az/nod/upload/editor/files/Metodist.pdf
Əlavə olaraq, namizədlərin aşağıdakı səriştələr üzrə də qiymətləndirilməsi həyata keçiriləcəkdir:
• Effektiv kommunikasiya qurma bacarığı
• Münaqişələrin həlli
• İnnovativlik
• Metodik dəstək və rəhbərlik bacarığı
Elektron sənəd qəbulu mərhələsi 18 -29 noyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 noyabr saat 11:00-dan 29 noyabr saat 11:00-dək aşağıdakı keçiddən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/ST7DrQ4j3xQJUQHP7
Metodistlərin işə qəbulu üçün əsas tələblər:
o məktəbəqədər təhsil üzrə ali təhsil
o 10 ildən az olmayaraq pedaqoji staj