07.10.2024

Yardımçı pedaqoji vəzifələrə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri, kitabxanaçı, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində test imtahanından uğurla keçmiş namizədlərin seçiminə başlanılıb.

Müsahibə zamanı namizədlər vəzifə üzrə biliklər; İKT bacarıqları; şəxsi keyfiyyətlər nəzərə alınmaqla hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

Qeyd edək ki, müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə) ibarətdir.

Test imtahanında namizədlərə ixtisas üzrə 20 sual, İKT bacarıqları və məntiqi təfəkkürün yoxlanılması üzrə hər biri 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcəkdir. Hər blok üzrə sualların 50 faizini doğru cavablandıran namizədlər növbəti müsahibə mərhələsinə buraxılacaq.