15.06.2024

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

 

Keçirilən “Son zəng” tədbirlərində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müvaini Fərzəli Qədirov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, struktur bölmə rəhbərləri və əməkdaşları, məzunlar, valideynlər, şəhid ailələri, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər və eyni zamanda müəllimlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Abşeron-Xızı RTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 12359, XI siniflərini isə 8077 nəfər bitirib.