04.06.2024

Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici görüşlər davam edir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan, XI sinif şagirdləri ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüşlər keçirilir.

Növbəti görüş Sumqayıt şəhər A.İsmayılov adına 34 nömrəli tam orta məktəbin XI siniflərində təhsil alan şagirdlərlə keçirilib.

Tədbir zamanı Azərbaycan Respublikasının Qarabağ Universiteti ilə tanışlıq məqsədilə 11- ci sinif şagirdlərinə bukletlər paylanılıb, 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar ilə bağlı ətraflı məlumat verilib.

 


Açar sözlər: