05.12.2023

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsi başlayır

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə rayonlarda məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbulu həyata keçirilir. Bununla bağlı 6 dekabr 2023-cü il tarixindən 12 dekabr 2023-cü il saat 23:59-a kimi 16 noyabr 2023-cü il tarixində müsabiqədə iştirak etmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:

https://docs.google.com/.../1FOaq8pYAVjTRPrR86xUh.../edit...

Qeydiyyat linki: https://forms.gle/x4dQUHif3EZcXhCq7

Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar:

- Soyad, ad və ata adı

- FİN kod

- Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)

- Əlaqə nömrəsi

- İşləmək istədiyi məktəbəqədər təhsil müəssisəsini siyahıdan seçir (yalnız 1 müəssisə seçə bilər)

Müsahibənin təşkili barədə əsas qeydlər:

• Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

• Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər, lakin bu 35 baldan az ola bilməz.

• Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)


Açar sözlər: