01.12.2023

“Məktəbli könüllü” proqramına start verilir

Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə “Məktəbli könüllü” proqramına start verilir.

Proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulur.

Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?

məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;

ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə;

məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri;

məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlifmövzulu yay və qış düşərgələrinin təşkili;

məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili;

Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.

“Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlər 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: https://forms.gle/jY4cK2UxqNBQ7UgU7

Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

 


Açar sözlər: ,