11.09.2023

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov ölkəmizdə həyata keçirilın təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunublar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncam təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

2022-2023-cü tədris ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə dair hesabat çıxışı edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin kimya müəllimi, şəhid Baş Leytenant İntizam Rəhimovun övladı Aynurə Rəhimova çıxış edib.

Konfransda həmçinin bir sıra məktəblərin, bağçaların müəllimləri və tərbiyəçi müəllimləri ötən tədris ilində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıblar.

Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi dərnək üzvlərinin ifaları da maraqla qarşılanıb.


Açar sözlər: ,  ,