03.10.2023

AXRTİ üzrə 5 338 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 5 338 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.

Oktyabrın 2-dən 2023–2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib.

Məktəbəhazırlıq qruplarının məqsədi beşyaşlı uşaqların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2023-cü ildə tamam olan uşaqlar qəbul edilirlər.


Açar sözlər: