“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib.
Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Seçim turunda Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 90 nəfər XI sinif şagirdi iştirak edib.
Qeyd edək ki, müsabiqənin yekununda ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 17-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaq.