11.05.2023

I siniflərə şagirdlərin qəbulu prosesi davam edir.

Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə I siniflərə şagirdlərin qəbulu prosesi davam edir. Belə ki, elektron qeydiyyat prosesində vətəndaşlara kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) alternativ mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

Alternativ qeydiyyat mərkəzləri aşağıdakılardır:

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəb

Saray qəsəbə 3 nömrəli tam orta məktəb

Masazır kənd 5 nömrəli tam orta məktəb

Qobu qəsəbə 1 nömrəli tam orta məktəb

Xırdalan şəhər 3 nömrəli tam orta məktəb

Xırdalan şəhər 4 nömrəli tam orta məktəb

Xırdalan şəhər 6 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 19 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 25 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 26 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 34 nömrəli tam orta məktəb

Xızı rayon Giləzi qəsəbə tam orta məktəbi

 


Açar sözlər: