05.05.2023

Breyn-Rinq

Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə Hədəf Şirkətlər Qrupu, Hədəf Kurslarının birgə əməkdaşlığı ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi xatirəsinə həsr olunmuş Sumqayıt məktəbliləri arasında Breyn-Rinq yarışı təşkil olunmuşdur.

Yarışda Sumqayıt məktəblərindən ibarət 46 komanda iştirak edib. 3 mərhələdən ibarət olan yarışda 30 sual təqdim olunmşdur.

Yarışın sonunda növbəti yarışa 6 komanda vəsiqə qazandı. Bu yarışda Sumqayıt şəhər 1 nömrəli məktəbin “Komando” komandası 1 -ci yerə, 28 nömrəli məktəbin “Kepler” komandası 2-ci yerə, 25 nömrəli məktəbin “Murovdağ” komandası 3-cü yerə, 11 nömrəli məktəbin “Delta” komandası 4-cü yerə, 24 nömrəli məktəbin “Çanaqqala komandası 5-ci yerə, 12 nömrəli məktəbin “Tusi” komandası isə 6-cı yerə layiq görülmüşdür.

Sonda qalib komandalar Hədəf Şirkətlər Qrupu və Hədəf Kursları tərəfindən qiymətli hədiyyələr və diplomla təltif olundular. Qalib komandaya isə “Bilik” kuboku təqdim edildi.


Açar sözlər: ,