Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Tədbir məktəbin yuxarı sinif şagirdlərinin narkomaniya ilə bağlı çıxışları ilə başlayıb. Narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı sərgi nümayiş olunub.
Daha sonra tədbirdə narkomaniya ilə mübarizədə hər bir vətəndaşın mənəvi borcundan və gəncləri bu bəladan qorumaqdan, nakomaniyanın acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından, narkotik təsir altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə faciələrindən danışılıb.
Sonda şagirdlərin maraqlandıran suallara aydınlıq gətirilib.