02.03.2023

Direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş-treninq 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş-treninq keçirilib

Görüş-treninqdə məktəbin özünüqiymətləndirməsi, məktəbdə dərsdinləmə sisteminin yaradılması, təlim-tərbiyə prosesinin ümumi təhsildə dövlət standartlarının tələblərinə uyğunluğu nəzərdən keçirilib. Direktorları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər: