25.02.2023

Fənn olimpiadalarının yarımfinal turu keçirilir.

Fevralın 25-də respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir. 
Aşağı (VIII, IX sinif) və yuxarı (X, XI sinif) yaş qrupları üzrə keçirilən yarımfinal mərhələsi respublikanın 19 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Ucar, İmişli, Bərdə, Tovuz, Şəmkir, Quba, Xaçmaz, Zaqatala, Şəki, Şirvan və Salyanda ümumilikdə 27 binada təşkil olunur. İmtahan 3 saat davam  edəcək.
Respublika fənn olimpiadalarında iştirak üçün 45 000-dən çox müraciət daxil olub və 9000-dən çox şagird yarımfinal mərhələsinə keçid hüququ qazanıb. 
Nəticələrin 7 mart tarixinədək elan edilməsi nəzərdə tutulur. Yarımfinal turunun nəticələri www.portal.edu.az platformasında şəxsi kabinetlərə yerləşdiriləcək, eyni zamanda, şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri ilə də paylaşılacaq.  
Qeyd edək ki, sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir.  

Respublika fənn olimpiadaları Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.  


Açar sözlər: