Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri görüş keçirilib.
Görüşdə AXRT-nin müdiri İlhamə Abdullayeva bağçalarda təhsil xidmətlərinin daha çevik və keyfiyyətli təşkilinin, təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin, təhsilverənlər üçün səmərəli iş şəraitinin yaradılmasının qarşıda duran əsas hədəflər olduğunu bildirib.
İ.Abdullayeva bağçalarda aparılan monitorinq zamanı tədris prosesinin izlənilməsi, uşaqların və işçilərin davamiyyəti, ərzaq məhsullarının saxlanma şəraiti, qida normalarına əməl olunması, müvafiq sənədləşmə ilə bağlı aşkar olunan nöqsanlar və MTİS proqramının hazırkı işlənmə vəziyyətini geniş müzakirə edərək 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr barədə tövsiyələr verib.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova çıxış edərək ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması, eyni zamanda böhran vəziyyətində komunikasiyanın təşkili ilə bağlı atılmalı olan addımları və nəzərdə tutulan işləri qeyd edib.
Görüş zamanı bağça rəhbərlərinin fəaliyyəti, valideyn-bağça münasibətləri və digər məsələlər müzakirə olunub, cari məsələlərlə bağlı çoxsaylı suallar cavablandırılıb.