Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib
Yığıncaqdan əvvəl Ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Cavid Məmiyev Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağının iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib.
Daha sonra hesabat səsə qoyulub və yekdilliklə qəbul edilib. Yığıncaqda YAP Sumqayıt şəhəri, Abşeron-Xızı Regional Təhsil İdarəsi Ərazi İlk Partiya Təşkilatına yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədr postuna Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Ramin Abasov ərazi ilk partiya təşkilatının sədri, Metodiki kabinetin metodisti Gülbahar Haqverdiyeva isə onun müavini seçilib.